Orta əsr rəssamlarının əsərləri sərgiləndi

28.07.2025

Kulis.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İncildə Müqəddəs Pavelin xristianlığı yaydığı yer kimi adı keçən qədim Listra şəhərini əks etdirən orta əsr rəssamlarının əsərlərinin nüsxələri Konyanın Meram rayonunda təşkil olunan “Qərb Dünyasında Listra Şəkilləri Sərgisi”ndə sənətsevərlərin ixtiyarına verilib.

Kulis.az xəbər verir ki, sərgidə İntibah dövrünün məşhur italyan rəssamı Rafaelə məxsus Müqəddəs Pavel ilə bütpərəstlər arasında baş verən hadisələri təsvir edən rəsmlər nümayiş olunur.

Qeyd edək ki, Roma dövründə imperator Avqustun qurduğu müstəmləkə şəhərlərindən biri hesab edilən Listra şəhəri Meram rayonunun Hatunsaray məhəlləsi yaxınlığında yerləşir. Bu ərazidə arxeoloji qazıntılara ötən ildən etibarən start verilib.

Maykl Madsenin ölüm səbəbi açıqlandı Motosiklet qəzasında ağır yaralanan yazıçı evə buraxıldı Məşhur rep qrupunun Macarıstana girişi qadağan edildi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью