“Orta ixtisas təhsili müəssisələri ilə rəqabətdə peşə təhsilinin mövqeyini gücləndirir” Təhsil eksperti

22.10.2026

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

 «Peşə təhsilinə maraq daha böyükdür, çünki bu sahədə əmək bazarında iş imkanları mövcuddur. Bundan əlavə, yüksək ixtisaslı texniki peşə istiqamətləri üzrə subbakalavr dərəcəsinin verilməsi də orta ixtisas təhsili müəssisələri ilə rəqabətdə peşə təhsilinin mövqeyini gücləndirir”.

Bunu təhsil eksperti Elçin Əfəndi 525.az-a söyləyib. Ekspertin sözlərinə görə, kolleclərin fəaliyyətində baş verəcək dəyişikliklərin əmək bazarının mütəxəssis tələbatına ciddi təsir göstərəcəyini düşünmürəm. Çünki hazırda işəgötürənlər orta ixtisas təhsili müəssisələrinin məzunlarına o qədər də üstünlük vermirlər. Bakıdakı 1 və 2 nömrəli baza tibb kollecləri, eləcə də regionlardakı tibb kollecləri istisna olmaqla, digər kolleclərin məzunlarının işlə təmin olunma göstəriciləri yüksək deyil. Bununla yanaşı, bəzi kolleclər müvafiq ali təhsil müəssisələrinin tabeliyində fəaliyyət göstərir. Məsələn, Azərbaycan Dövlət Dəniz Akademiyasının tabeliyindəki kollec və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Neft-Sənaye Kollecinin məzunları əmək bazarında öz ixtisaslarına uyğun iş tapa bilirlər. Lakin digər kolleclərin məzunlarının böyük əksəriyyəti müvafiq sahələrdə iş tapmaqda çətinlik çəkir.

Sevinc Qarayeva 
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью