Orta məktəbin döşəməsi çökdü Şagirdlər təxliyə edildi

11.06.2025

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Xaçmazda orta məktəbin döşəməsi çöküb.

Modern.az-ın məlumatına görə, hadisə rayonun Qobuqıraq kənd ümumi orta məktəbində siniflərdən birində baş verib.

Quba-Xaçmaz Regional Təhsil İdarəsi məlumatı təsdiq edib.

Qeyd edilib ki, hadisədən sonra təhlükəsizlik tədbirləri görülüb, təlim-tədrisin fasiləsizliyinin təmin edilməsi üçün şagirdlər başqa sinfə köçürülüblər.

"Təhsil müəssisəsinin mövcud vəziyyətinin qiymətləndirilməsi istiqamətində müvafiq tədbirlər görülür", - rəsmi açıqlamada bildirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью