Orta məktəblərdə dərsliklər YIĞILIR

10.06.2026

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanda fəaliyyət göstərən məktəblərdə dərsliklərin yığılmasına başlanılıb.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Bildirilib ki, proses hazırda davam edir:

"Dərsliklər şagirdlərdən tədris ilinin sonuncu həftəsindən başlayaraq təhvil alınır. Hazırda da dərsliklərin şagirdlərdən təhvil alınması prosesi aparılır".

Qeyd edək ki, tədris ili sentyabrın 15-də başlayır və iyunun 14-də sona çatır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью