Orta məktəblərdə ingilis dili dərslərinin sayı azaldılır

23.01.2026

Icma.az, Azpost saytına istinadən bildirir.

Rusiya Təhsil və Elm Nazirliyi sentyabrın 1-dən 5-7-ci sinif şagirdləri üçün ingilis dili dərslərinin sayını həftədə üç dəfədən iki dəfəyə endirməyi planlaşdırır.

AzPost bildirir ki, bu barədə Moskva Dövlət Pedaqoji Universitetinin rektoru Aleksey Lubkov RİA Novosti agentliyinə deyib.

Onun sözlərinə görə, 5-7-ci siniflərdə xarici dil tədrisinə ayrılan akademik saatların ümumi sayı ildə 510 saatdan 408 saata endiriləcək. Digər sinif şagirdləri üçün heç bir dəyişiklik olmayacaq.

Təhsil Nazirliyi bu tədbirin “iş yükünü optimallaşdırmaq və tədris vaxtını yenidən bölüşdürmək məqsədi daşıdığını” bildirib.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью