Orta Şərqdə atəşkəslə bağlı razılıq əldə olundu

18.03.2025

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Suriya və Livanın müdafiə nazirlikləri ümumi sərhəddə atəşkəsin yaradılması və əməliyyatların koordinasiyasının gücləndirilməsi barədə razılığa gəliblər. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Suriya televiziyası məlumat yayıb.

Suriya Müdafiə Nazirliyi livanlı həmkarları ilə razılığa gəldiyini bildirib.

Livanın Milli Xəbər Agentliyi öz növbəsində bildirib ki, müdafiə naziri Mişel Menassa suriyalı həmkarı Marhaf Əbu Kəsra ilə telefon danışığında iki ölkə sərhədində baş verənləri müzakirə edib.

Ağarza Elçinoğlu 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью