Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İpoteka kreditləri ilə də mənzil almaq çətinləşdi Son 2 ildə mənzilə əlçatanlıq 150 faizdən 108 faizə düşdü“Bu ildən etibarən mənzil bazarındakı qiymətlər Mərkəzi Bank tərəfindən təhlil olunur və nəzarət edilir.
Hazırda bazarda 10,9 faizlik qiymət artımı müşahidə edilir". Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov mətbuat konfransında bildirib.
Sədr bildirib ki, Mərkəzi Bankın mövqeyinə görə, bu artım əsasən tələb faktorunun güclənməsi ilə bağlıdır.
Eyni zamanda, qiymətlərə təsir edən əsas amillərdən biri də xərclərdir: “İpoteka portfelinin sektorda genişləndirilməsi məqsədilə bir sıra daxili təşəbbüslər həyata keçirilir.
Məqsəd əhalinin mənzil əldə etməsi üçün əlavə hər hansısa məhsullarının yaradılmasıdır. Biz ipoteka portfelinin genişlənməsinin istəyirik.
Bu, həm sosial, həm də iqtisadi inkişaf baxımından bizim üçün önəmlidir”.Mövzuyla bağlı Sherg.az-a danışan iqtisadçı Xalid Kərimli mənzil bazarındakı bahalaşmanın əsas səbəbini tələbatın yüksək olması ilə əlaqələndirib.
Onun sözlərinə görə, insanların iş tapdığı, təhsil aldığı və özünü reallaşdırdığı əsas bölgə Bakı-Abşeron yarımadasıdır.