Orta ümumtəhsil məktəblərində 5 gün dərs olmayacaq

06.01.2026

Icma.az, Konkret.az saytına istinadən bildirir.

Orta ümumtəhsil məktəblərində 5 gün dərs olmayacaq.

KONKRET.az xəbər verir ki, Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin təsdiq edilməsi haqqında” qərarına əsasən, məktəblilərin qış tətili ənənəvi olaraq yanvar ayının son həftəsinə təsadüf edir.

2025–2026-cı tədris ilində də qış tətili 27–31 yanvar tarixlərini əhatə edəcək.

Tətil müddəti başa çatdıqdan sonra fevralın 1-i bazar gününə düşdüyü üçün şagirdlər ikinci yarımilə 2 fevral tarixindən etibarən başlayacaqlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью