Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
O müstəqil qərar vermək iqtidarında olan biri deyil. ABŞ nüvə məsələsi ilə bağlı İrana çox maraqlı təkliflər edib. Buşehrdə mülki nüvə proqramının inkişafına dəstək verəcəyini, İrana qarşı sanksiyaların aradan qaldırılacağını və daxili işlərinə qarışmayacağı ilə bağlı zəmanət verirdi. Ancaq İran buna getmir.
Bunu xalqcebhesi.az-a politoloq Ərəstun Əlizadə deyib.
Xatırladaq ki, İran Prezidenti Məsud Pezeşkian deyib ki, biz dünyaya nüvə silahı axtarmadığımıza zəmanət verməyə hazırıq:
"Danışıq qrupumuz ölkəmizin şərəf və ləyaqəti mövzusuna gəldikdə güzəştə getməyəcək”, - o bildirib.
Politoloq qeyd edib ki, İran zəmanət verəcəyini sözdə desə də əməldə buna riayət etmir. Yəni ortada səmimiyyət yoxdur:
"Pezeşkian şərəf və ləyaqət mövzusunu qabardır. Başa düşmək olmur, İran üçün nüvə məsələsində şərəf və ləyaqət mövzusu nədir?"
Cavid