Ortaq əlifba ortaq gələcəyimizin nişanəsidir FOTO

06.11.2024

Icma.az, Milli.az saytına istinadən bildirir.

"Ortaq əlifba ortaq gələcəyimizin və gələcəyə addım atmağımızın nişanəsidir".

Milli.Az xəbər verir ki, bu sözləri Ərdoğan Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət və hökumət başçılarının 11-ci Zirvə toplantısında çıxışında deyib.

Ərdoğan 34 hərfdən ibarət əlifbanın sentyabr ayında tamamlandığını açıqlayıb:

"Əlifba ortaq türk dilini inkişaf etdirmək məqsədi ilə sentyabr ayında tamamlanıb. Əlifbada 34 hərf olması haqqında razılıq əldə olunub. Bugünkü qərarlar türk dünyasının 2040 baxışı ilə qarşıya qoyduğumuz hədəflər üçün aramızda olan ideal birliyin səviyyəsini bütün dünyaya sübut edəcək".

Nərmin Mahmudova
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью