Ortaq mənəvi dəyərlər, siyasi etimad, iqtisadi dinamika və gələcəyə yönəlik strateji hədəf…
Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Astanada keçirilən Azərbaycan–Qazaxıstan Ali Dövlətlərarası Şurasının ikinci iclası iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşməsi və regional əməkdaşlığın yeni mərhələyə yüksəlməsi baxımından mühüm hadisə olub.
Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin birgə iştirakı ilə baş tutan görüş bir daha göstərir ki, yaxın dost və qardaş olan bu dövlətlər Avrasiya məkanında sabitlik və inteqrasiyanın aparıcı qüvvələrindən hesab olunurlar.
İki xalqı birləşdirən ortaq mədəni dəyərlər, türk kimliyi və çoxəsrlik dostluq ənənəsi bu gün dövlətlərarası münasibətlərin sabit təməlini təşkil edir.
Mətbuata bəyanatında Prezident İlham Əliyevin qeyd etdiyi kimi, xalqımız, ölkəmiz üçün ən ağır dövrlərdə biz həmişə qardaş dəstəyini hiss etmişik, hər zaman bunu görmüşük.
Müstəqilliyin ilk illərindən etibarən Qazaxıstan Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqelərini müdafiə edib, BMT və digər təşkilatlar çərçivəsində ölkəmizin ədalətli mövqeyinə səs verib.
Bu qardaşlıq münasibətləri regional inteqrasiyanın əsas hərəkətverici qüvvəsinə çevrilib.
2025-ci il avqustun 8-də Vaşinqtonda sülh sazişinin paraflanması Cənubi Qafqazda uzunmüddətli sabitliyin əsasını qoyub.
Tam oxu
Xəbəri oxu