Ortaq təşəbbüslərin həyata keçirilməsi

22.09.2026

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Elməddin Abbasov

YAP Ağdam rayon təşkilatının əməkdaşı 

Azərbaycanın türk dövlətləri ilə münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsi bu birliyin möhkəm siyasi təməllər üzərində qurulduğunu göstərir. Prezident İlham Əliyev qardaş ölkələrlə əlaqələrin inkişafına, qarşılıqlı dəstəyə və ortaq təşəbbüslərin həyata keçirilməsinə daim xüsusi önəm verir.

Prezident cənab İlham Əliyevin sentyabrın 17-də Bakıda TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşündə səsləndirdiyi fikirlər də məhz bu reallığın mühüm istiqamətlərindən birinə diqqət çəkdi. Dövlət başçısı qeyd etdi ki, TDT müxtəlif formatlarda beynəlxalq gündəliyi, təhlükəsizlik, ticarət, nəqliyyat, enerji və humanitar əməkdaşlıq məsələlərini müzakirə edir. Onun sözlərinə görə, təşkilat beynəlxalq arenadakı mövqeyinin müəyyənləşdirilməsi və möhkəmləndirilməsi üçün öz potensialından maksimum istifadə edir.

Prezident cənab İlham Əliyev görüşdə dövlət təhlükəsizliyinə cavabdeh qurumlar arasında informasiya mübadiləsinin, operativ məlumatların paylaşılmasının və mümkün təhdidlərin qarşısının alınması istiqamətində koordinasiyanın vacibliyini vurğuladı. O, ətraf regionlarda davam edən müharibələrin və münaqişələrin coğrafiyasının genişləndiyini qeyd edərək, belə şəraitdə TDT ölkələri arasında təhlükəsizlik sahəsində əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığını bildirdi. Bu yanaşma TDT-nin inteqrasiya prosesinin yeni mərhələsini də göstərir. 

Prezident İlham Əliyevin görüşdə səsləndirdiyi fikirlər Türk Dövlətləri Təşkilatının yalnız mədəni və humanitar əməkdaşlıq platforması deyil, həm də regional və beynəlxalq təhlükəsizlik məsələlərində əhəmiyyətli mövqeyə malik bir təşkilat kimi inkişaf etdiyini göstərir. Türk dövlətlərinin bir-birinə siyasi dəstəyi, ortaq çağırışlara münasibətdə həmrəyliyi və qarşılıqlı maraqlara əsaslanan fəaliyyəti bu birliyin gücünü müəyyən edən başlıca amillərdəndir. Təhlükəsizlik üzrə rəhbər şəxslərin iştirakı ilə keçirilən belə görüşlər mövcud əməkdaşlığın daha da möhkəmlənməsinə, yeni təşəbbüslərin irəli sürülməsinə və qarşılıqlı fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsinə xidmət edir.

Azərbaycanın TDT çərçivəsində fəal iştirakı və irəli sürdüyü təşəbbüslər təşkilatın inkişafında mühüm yer tutur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью