Icma.az, Sia Az portalına istinadən məlumat yayır. "İmsaka - qədim Azərbaycan dilində “obaşdanlıq” deyirdilər.
Ramazan ayında imsaka oyanıb, yemək yeyib, niyyət etmək dini baxımdan vacib deyil, amma bəyənilən, müstəhəb sayılır".
Bu sözləri SİA-ya açıqlamasında din xadimi Mircəfər Əyyubov deyib.
Onun sözlərinə görə, tibbi baxımdan isə çox tövsiyə olunur: "Həmçinin dini baxımdan da tövsiyə olunur.
Əgər insan bir neçə gün imsaka durmayıb, ac qarnına oruc tutsa, onun fəsadları yarana bilər və sonrakı günlərdə oruc tutmamağa məcbur ola bilər.
Mədə-bağırsaq problemləri yarana bilər və yekunda oruc tutmamağa məhkum olar. Bu baxımdan imsaka oyanmaq tövsiyə olunur.
Orucun pozulma halları: istər halal, istər haram, istər yeməli, istərsə də yeməli olmayan qidalar, bütün içkiləri içmək, siqaret, qəlyan tüstüsünü, toz-torpağı udmaq orucu batil edir.
Allahın, peyğəmbərlərin, imamların adından yalan söz demək də orucu batil edir.