Oruc tutanlar oxusun: Nəsə yesəniz də pozulmur Bu halda

23.03.2025

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

“Bəzən xanımlar oruc tutduğunu unudub yeməyin duzunu yoxlamaq üçün dadına baxırlar. Bu, bilmədən baş verdiyinə görə, oruc pozulmur”.

Globalinfo.az xəbər verir ki, bu sözləri ilahiyyatçı Ağa Hacıbəyli deyib.

O bildirib ki, məqsədli şəkildə qida qəbulu orucu pozur:

“Bilərəkdən orucu pozmaq bir kəffarət gətirər. Lakin fərqində olmadan, məsələn, su və ya çay içən adamla bağlı vəziyyət belə deyil. Hətta yadına düşdüyü an ağzında qida olsa belə, onu geri qaytarmalı, ağzını təmizləməli, orucuna davam etməlidir”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью