Oruc Zalovun polkovnik oğlu Gömrükdəki vəzifəsindən çıxarıldı FOTO

20.12.2024

Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsinin rəisi, polkovnik Rəşad Zalov vəzifəsindən azad edilib.

Bakupost.az -ın xəbərinə görə, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov müvafiq əmr imzalayıb. R.Zalovun təqaüdə göndərildiyi bildirilir.

Qeyd edək ki, https://customs.gov.az saytında Rəşad Zalovla bağlı məlumatlar da götürülüb.

Rəşad Zalov 18 mart 1980-ci ildə anadan olub. 996-cı ildə orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. O, Azərbaycan Respublikası daxili işlər nazirinin sabiq müavini (1998–2022), polis general-leytenantı Oruc Zalovun oğludur.


Elnur, BakuPost




Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью