Oruclu olarkən başınız ağrıyırsa, bunları edin! | Icma.az
Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir. Ramazan ayında ən çox rast gəlinən narahatlıqlardan biri də baş ağrısıdır.
Bütün bədənin həyati funksiyalarına mənfi təsir göstərən baş ağrıları uzun müddətli oruc zamanı yaşandıqda bir az daha şiddətli hiss olunur.
Ölkə.Az “haber 7”yə istinadla xəbər verir ki, əslində orqanizmin istirahət dövrü olan Ramazanda qeyri-sağlam qidalanma və kifayət qədər yuxu almamaq müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər.
Bunlardan biri də baş ağrısıdır. Aclıq və susuzluq prosesinə öyrəşməyə çalışan sinir sistemi bədəndə ani gərginlik və sıxılmalara səbəb olur
Bu vəziyyət xüsusilə işləyən şəxslərdə özünü daha çox büruzə verir. Erkən işə başlamaq və uzun iş saatları bu riski artırır.
Orucluq dövründə heç bir dərman və qida qəbul etmədən də bu vəziyyətin qarşısını almaq olar.
Bədən istiliyindəki dəyişikliklər sinus yollarının daralmasına səbəb olur. Buna uzun müddətli susuzluq əlavə edildikdə baş ağrısı yaranır.
Ancaq bu vəziyyət yaranmamışdan əvvəl hər saat təmiz havaya çıxmaq və orta hesabla 13-15 dəqiqə təmiz havada dincəlmək bu vəziyyətin yaranmasının qarşısını alacaq.
Tam oxu
Xəbəri oxu