Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir. “Ramazan ayı mərhəmətli aydı.
Eyni zamanda bu ayda insanların birinin digərini duymasıdır. Adından göründüyü kimi “yanmaq” və “yandırmaq” mənalarına gəlir.
Yəni insanlar 11 ay günahlarını məhz bu Ramazan ayında yandırırlar.
Ramazan ayının əvvəli mərhəmət, ortası bağışlanmaq, sonu isə cəhənnəm atəşindən qurtuluşdur. Ramazan yalnız cismin ac qalması deyil.
İnsanlar səhərdən şam azanına qədər ac qalırlar. Yəni bu mədənin boşluğu oruc tutmaq deyil.
Orucluq ayında əsas məqsəd və mahiyyət mənəvi ruhun inkişafıdır.
İnsan oruc tutarsa, onun həm metofizik, ruh aləmi, həm də vicdanı və Allaha olan bağlılığı artır”.
Bu sözləri Qafqaz Müsəlmanlar İdarəsi Qazilər Şurasının üzvü, İçərişəhər “Cümə” Məscidi din icmasının sədri Hacı Surxay Məmmədli SİA-ya açıqlamasında deyib.