Orxan Camalın Afrikadan gələn narahat ruhu Günün şeiri | Icma.az
Icma.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu gün mərhum jurnalist və ictimai xadim Orxan Camalın doğum günüdür.
Kulis.az "Günün şeiri" layihəsində Həmid Herisçinin ona ithaf etdiyi "Son balet" şeirini təqdim edir Neylon paket qalxıb quşlardan da yüksəyə uçdu.
İndi neynək, odu... odu, səmalarımızın dəli qaranquşu. İçinə özünü qoyub bükdün göylərin ovcunu. Hə, budu...
budu qismətimdəki qu quşlarının son baleti, son oyunu. Bu qədərmi cılızlaşıb Zəmanəmizin Simurq quşu?
Tamaşanın quruluşçu rejissorunu inan, bağrıma basardım, Göz açınca, görərdim qarşımdadı Axillesin qanlı topuğu.
Bəlkə dirilib üstümə gəlir uşaqkən qovub çərlətdiyim sərçənin qara tabutu? Orxan Camalın Afrikadan gələn narahat ruhu?
Özüm duydum, Soyumurdu, dəmir tabutundakı Afrikanın həm cəhənnəm, həm Prometey alovu.
Tam oxu
Xəbəri oxu