Orxan Əliyev bu ölkədə çıxış edəcək Özü açıqladı

24.07.2025

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın U-21 millisinin sabiq üzvü Orxan Əliyevin yeni klubu bəlli olub.

Bu barədə QOL.az-a 29 yaşlı hücumçu özü məlumat verib.

O, Qırğızıstanın  "Ozgon" klubu ilə 6 aylıq müqavilə bağladığını bildirib.

Qırğızıstan Premyer Liqasında çıxış edən klub hazırda 13 turdan sonra 14 komanda arasında 8-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, bu yay azərbaycanlı futbolçulardan Mirabdulla Abbasov və İlkin Muradov Qırğızıstanın "Abdış-Ata" klubuna keçib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью