Orxan Əliyev Qırğızıstanda növbəti qolunu vurdu

01.08.2025

Qol.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanlı futbolçu Orxan Əliyev yeni klubu “Ozqon”da 2-ci oyununa çıxıb.

QOL.az xəbər verir ki, onun komandası Qırğızıstan çempionatının 15-ci turunda “Talant”la qarşılaşıb.  Matç “Ozqon”un 2:0 qələbəsiylə başa çatıb.

Orxan bu görüşdə iştirak edib. 29 yaşlı hücumçu start heyətdə meydana çıxıb və sonadək oynayıb. O, komandasının ilk qolunu da vurub.

Qeyd edək ki, iyul ayında "Ozqon"a keçən Orxan ötən tur komandada rəsmi debüt edib və qol vurub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью