Orxan Əsgərovun atası Pezeşkianla görüşəcək? ÖZÜ AÇIQLADI | Icma.az
Icma.az bildirir, Avtosfer portalına istinadən. Azərbaycanın İrandakı səfirliyinə terror hücumundan 2 il ötür.
27 yanvar 2023-cü il tarixində səfirliyimizə hücum edən İran vətəndaşı Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib.
Qatil barəsində ölüm hökmü çıxarılsa da, iki il boyunca icra edilməyib. Hətta bu yaxınlarda onun işi prokurorluğa geri qaytarılıb.
Nəhayət iki il sonra edam hökmü Ali Məhkəmə tərəfindən təsdiq olunub. Hökm icra üçün Tehran məhkəməsinə göndərilib.
Lakin hələ də edam hökmünün icrası baş tutmayıb. İran Prezidenti Məsud Pezeşkianın aprel ayında Azərbaycana səfəri gözlənilir.
Bu barədə Prezident İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq forumda bildirib.
Avtosfer.az-ın məlumatına görə, bu barədə "Modern.az"a açıqlamasında Orxan Əsgərovun atası Rizvan Əsgərov bildirib ki, oğlunun qatilinin edamı məsələsi İran Prezidentinin səfəri zamanı müzakirə oluna bilər.
R.Əsgərov İrandakı səfirimizlə əlaqə saxladığını deyib: “Səfir dedi ki, hələ dəqiq bir məlumat yoxdur.
Tam oxu
Xəbəri oxu