Orxan Fikrətoğlu nazirin müşaviri təyin olundu

21.04.2025

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Mədəniyyət nazirinə yeni müşavir təyin olunub.

“Qafqazinfo” xəbər verir ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq Əmri ilə bu vəzifəyə Əməkdar incəsənət xadimi, yazıçı, publisist Orxan Fikrətoğlu (Orxan Sadıqov) təyinat alıb.

O, Mədəniyyət Nazirliyinin fəaliyyət istiqamətləri üzrə bir neçə vacib sahənin koordinasiyasını həyata keçirəcək.

Orxan Fikrətoğlu uzun müddət müxtəlif media orqanlarında və bir sıra qurumlarda fəaliyyət göstərib.

Bu təyinatadək Mədəniyyət Nazirliyinin tabeliyindəki Azərbaycan Respublikası Kino Agentliyinin baş direktorun səlahiyyətlərini müvəqqəti icra edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью