Orxan Fikrətoğlunun keçmiş vəzifəsinə Rəşad Əzizov TƏYİN OLUNDU

30.04.2025

Icma.az, Sfera.az portalına istinadən məlumat verir.

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyinə baş direktor təyin olunub.

Sfera.az xəbər verir ki, bu vəzifəyə mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Rəşad Əzizov təyinat alıb.


Qeyd edək ki, R.Əzizov bu təyinatadək Mədəniyyət Nazirliyi Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri vəzifəsində çalışıb.
 

Xatırladaq ki, Orxan Fikrətoğlu aprelin 21-də ARKA-nın baş direktoru vəzifəsindən azad olunaraq mədəniyyət nazirinin müşaviri təyin olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью