Orxan Həbibli dünya çempionatında ikinci qələbəsini qazanıb

27.07.2026

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın yunan-Roma güləşçisi Orxan Həbibli Bakıda keçirilən U-17 dünya çempionatında ikinci qələbəsini qazanıb.

"Cebheinfo.az" xəbər verir ki, 65 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda rumıniyalı Qabriel Lunqunu 18:9 hesabı ilə məğlub edib.

O.Həbibli daha əvvəl, təsnifat mərhələsində çexiyalı Qaspar Sançezi 8:0 hesabı ilə üstələmişdi.

Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью