Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Minifutbol üzrə 2026/2027 mövsümündə Azərbaycan çempionatının reqlamenti dəyişib”.
İdman.Biz report.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Minifutbol Federasiyasının baş katibi Orxan Hüseynov açıqlamasında bildirib.
O, turnirdə 12 komandanın iştirak edəcəyini açıqlayıb:
“İlk dəfə pley-off sistemi olacaq. Burada altı komanda mübarizə aparacaq. Liqa mərhələsində birinci və ikinci yerləri tutacaq komandalar yarımfinala vəsiqə qazanacaqlar. Əsas mərhələ iki dövrədən ibarət olacaq. Liqa mərhələsi bitən kimi Naxçıvan təmsilçisi yarışa qoşulacaq və altıncı yeri tutan kollektivlə bir oyunda üz-üzə gələcək”.