Orxan İsayev: “Təhsildə dünyəvilik prinsipi heç kimin dini inancını hədəfə almır”

12.10.2026

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan şifahi xalq ədəbiyyatı və yazılı abidələr şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Orxan İsayev təhsildə dünyəvilik prinsipinin tətbiqinin əhəmiyyətindən danışıb.

Gununsesi.info -nun xəbərinə görə, o bildirib ki, müasir dövrdə təhsil hər bir xalqın gələcəyinin formalaşmasında mühüm rol oynayır. İşıqlı gələcəyin təminatı isə düzgün qurulan təhsil siyasətindən asılıdır. Məhz buna görə Azərbaycan dövləti təhsil sahəsinə xüsusi diqqət və qayğı ilə yanaşır.

Orxan İsayevin sözlərinə görə, təhsildə dünyəvilik prinsipinin tətbiqi bu sahənin inkişafına xidmət edən mühüm addımlardan biridir. Bu yanaşmanı dinin əleyhinə atılmış addım kimi qiymətləndirmək isə tamamilə yanlışdır.

O qeyd edib ki, Azərbaycan dövləti ölkədə İslami dəyərlərin qorunmasına və yaşadılmasına daim diqqət göstərir. İşğaldan azad edilmiş ərazilərdə məscidlərin bərpası, azanın səsləndirilməsi, Prezidentin və ailəsinin məscidləri ziyarət etməsi dinə göstərilən diqqətin bariz nümunələridir.

Alimin fikrincə, təhsildə tətbiq edilən dünyəvilik prinsipi yalnız təhsil sahəsinin inkişafına yönəlib və heç kimin dini görüşlərini, yaxud inancını hədəfə almır.

O vurğulayıb ki, təhsilalanların və təhsilverənlərin sosial və ictimai bərabərliyinin təmin edilməsi dünyəvi təhsilin əsas prinsiplərindəndir. Təhsil müəssisələrində ayrı-seçkiliyə yol verilməsi qəbuledilməzdir və hər kəs bərabər hüquqlara malik olmalıdır.

Orxan
Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью