Orxan Məmmədov: Azərbaycan mötəbər tədbirə ev sahibliyi etməkdən qürur duyur

12.03.2025

Icma.az, sport24.az saytına istinadən bildirir.

"Bu turnir adi yarış deyil. Biz həm də dostluğu yaradırıq". Sport24.az xəbər verir ki, bu sözləri Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov Bakıda keçirilən dünya çempionatının püşkatma mərasimində deyib.

O, son illərdə ölkəmizdə minifutbolun inkişaf etdiyini vurğulayıb: "Azərbaycan Minifutbol Federasiyasının prezidenti və turnirin ev sahibi kimi hər kəsə uğurlar arzulayıram. Azərbaycan belə bir mötəbər tədbirə ev sahibliyi etməkdən qürur duyur. Azərbaycan üçün bu yarış vacibdir. Biz daha əvvəl Avropa çempionatının qalibi olmuşduq. Həmin vaxt Azərbaycan prezidenti cənab İlham Əliyev şəxsən Avropa çempionları ilə görüşmüşdü. Bu da idmançılarımız üçün böyük motivasiya idi. Bu məqam ölkəmizdə minifutbolun inkişafına göstərilən qayğının nümunəsidir. Mən dünya minifutbol federasiyasına və xüsusən dostum, Filip Yudaya təşəkkür edirəm. Bütün federasiyalara bizə etimad göstərdiklərinə görə minnətdaram".

Qeyd edək ki, dünya çempionatı bu ilin mayın 21-də start götürəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью