Orxan Məmmədov: KOBların yaratdığı əlavə dəyər iki dəfədən çox artıb

16.12.2024

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

"Azərbaycanda 2018-ci ildən bəri kiçik və orta biznes (KOB) subyektlərinin sayı 64%-ə yaxın artaraq 401 mini keçib. Bu dövrdə KOB-ların yaratdığı əlavə dəyər 2 dəfədən çox artaraq 9.8 milyard manatdan 20.1 milyard manata çatıb".

Oxu.Az xəbər verir ki, bu fikirləri 2024-cü ildə fəaliyyəti ilə fərqlənmiş sahibkarlara "Dayaq" mükafatının təqdim olunması mərasimində İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

O bildirib ki, bu kateqoriyadan olan bizneslərin dövriyyəsi ötən il 43.8 milyard manat olub ki, bu da ölkə üzrə qeyri-neft dövriyyəsinin 37.3%-ni təşkil edib.

Məhərrəm Əliyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью