​Orxan Zeynallı: Bugünkü konsert sosial mediaya səs salacaq

28.11.2025

Metbuat saytına istinadən Icma.az xəbər verir.

Bugünkü konsert proqramı sosial mediaya səs salacaq.

Metbuat.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında reper Orxan Zeynallı deyib. Onun sözlərinə görə, konsert proqramı 3 gün davam edəcək və bu, bir ilkdir: "Səhnə tərtibatı fərqli olacaq. Bugünkü konsert proqramı sosial mediaya səs salacaq. Bugünkü səhnəyə indiyədək heç vaxt duetimiz olmayan şəxslər çıxacaq". Reper əlavə edib ki, konsertə hazırlıqlara uzun müddətdir başlayıb. "Bu 3 günlük konsertə 3500-dən çox bilet satılıb", - deyə o qeyd edib.

Qeyd edək ki, reper 28,29,30 tarixlərində Heydər Əliyev sarayında konsert verəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью