Orxus un baş məşqçisi: Sabah növbəti mərhələyə yüksəlməyə layiq idi

11.08.2026

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 11 avqust, AZƏRTAC

İkinci hissədə çox böyük səhvlər etdik.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Orxus” klubunun baş məşqçisi Yakop Poulsen UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Masazırda “Sabah”a 0:4 hesabı ilə məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

"Sabah" kimi komandaya topu verdinsə, cəzalanacaqsan. Artıq oyunun ikinci yarısında rəqib təzyiqi artırdı, biz də müdafiədə səhvlər etdik. Biz yaxşı oyun sərgiləyə bilmədik. "Sabah" növbəti mərhələyə yüksəlməyə layiq idi", - deyə baş məşqçi qeyd edib.

O, "Sabah"ın peşəkar futbolçulardan ibarət komanda olduğunu bildirərək, "Ən çox İvan Lepinitsanı fərqləndirərdim", - deyə əlavə edib.

Qeyd edək ki, iki oyunun nəticəsinə əsasən rəqibini 4:2 hesabı ilə məğlub edən "Sabah" adını Çempionlar Liqasının pley-off mərhələsinə yazdırıb.

Müxbir - Cavid Əliyev

Fotoqraf - Tofiq Babayev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью