Axsham.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Oryol i Reşka” verilişinin ulduzu Mariya İvakova üçüncü dəfə ailə qurub.
Axşam.az xəbər verir ki, 40 yaşlı aparıcı biznesmen Kirill Qurbanovla nikah masasına oturub. Toy mərasimi Gürcüstanın Tbilisi şəhərində baş tutub.
Qeyd edək ki, Mariya və Kirill münasibətlərini uzun müddət gizli saxlayıblar. Onlar eşq yaşadıqlarını 2026-cı ilin əvvəlində ictimaiyyətə açıqlayıblar. Apreldə isə biznesmen sevgilisinə evlilik təklifi edib.
İvakova daha əvvəl biznesmen Ernest Rudyakla ailəli olub. Boşandıqdan sonra isə adını açıqlamadığı şəxslə gizli nikah bağlayıb. Mariyanın aktyor Nikita Yefremovla da uzunmüddətli münasibəti olub. Cütlük 2021-ci ildə ayrılıb.