Osakada güclü yanğın 30 yaralı

20.04.2025

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yaponiyanın Osaka prefekturasında 14 mərtəbəli yaşayış kompleksində yanğın baş verib.

525.az "Report"a istinadən xəbər verir ki, yanğın günorta saatlarında binanın dördüncü mərtəbəsində baş verib və tüstü sürətlə yuxarı mərtəbələrə keçib.

Hadisə nəticəsində 35 nəfərin yaralandığı qeyd edilir. Onlar xəstəxanaya çatdırılıb. Yaralananlardan birinin vəziyyəti ağırdır. Evin qalan sakinləri təxliyə edilib.

Qurumdan verilən məlumata görə, hadisə yerinə 38 yanğınsöndürən maşın göndərilib, yanğın dörd saatdan sonra nəzarətə götürülüb.

Faktla bağlı araşdırma aparılır. Yanğının baş vermə səbəbləri araşdırılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью