Osasuna azlıqda qaldığı matçda rəqibi məğlub ETDİ

23.11.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

İspaniya La Liqasının 13-cü turunda Pamplona təmsilçisi "Osasuna" doğma "El Sadar" stadionunda "Malaqa"nı qəbul edib. Gərgin mübarizə şəraitində keçən qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb — 1:0.

Redaktor.az xəbər verir ki, oyunun taleyini həll edən yeganə qol 20-ci dəqiqədə vurulub. Valentin Rozyenin cinahdan qapı önünə göndərdiyi dəqiq ötürməni Ante Budimir baş zərbəsi ilə tamamlayaraq komandasını hesabda önə çıxarıb. İlk hissə bu hesabla başa çatıb.

İkinci yarıda qonaqlar topa daha çox sahib olsalar da (53 faiz), "Osasuna"nın müdafiə xəttini yarmaqda çətinlik çəkiblər. "Malaqa" futbolçuları 90 dəqiqə ərzində rəqib qapısına bir dənə də olsun dəqiq zərbə endirə bilməyiblər.

Matçın son dəqiqələri meydan sahibləri üçün həyəcanlı alınıb. 42-ci dəqiqədə sarı vərəqə ilə cəzalanan "Osasuna"nın müdafiəçisi Alexandro Katena 90+2-ci dəqiqədə ikinci dəfə hakim tərəfindən xəbərdarlıq alaraq meydandan qovulub. Buna baxmayaraq, qalan dəqiqələrdə hesabı qoruyan "Osasuna" aktivinə vacib 3 xal yazdırıb.

Bu nəticədən sonra xallarının sayını 15-ə çatdıran "Osasuna" turnir cədvəlində 13-cü pillədə qərarlaşıb. 13 turdan sonra cəmi 5 xal toplayan "Malaqa" isə sonuncu — 20-ci yerdə qalıb.

Turan ASLAN

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью