​Osimen bu gecə meydana çıxacaq?

25.11.2025

Metbuat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Qalatasaray”ın nigeriyalı ulduzu Viktor Osimenin bu gün "Yunion"la keçiriləcək qarşılaşmada meydana çıxması sual altındadır.

Metbuat.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, qolçu futbolçu belə vacib matçda komanda yoldaşlarını tək qoymaq istəmir. Osimenin oynamaq üçün baş məşqçi Okan Buruka müraciət etdiyi bildirilir.

Okan Buruk Osimenin taleyi ilə bağlı suallara aydınlıq gətirməyib. Təcrübəli məşqçi deyib ki, nigeriyalı futbolçunun meydana çıxıb-çıxmayacağına matç başlayanda qərar verəcək. "Qalatasaray"ın baş məşqçisi bildirib ki, Osimenlə bağlı qərar verərkən həkimlərin rəyini əsas götürəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью