Osimenlə bağlı “Qalatasaray”a pis xəbər Yeni Sabah

13.11.2024

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Napoli”dən Viktor Osimenin transferi ilə bağlı açıqlama verilib. Klub rəsmisi Ciovanni Manna 25 yaşlı hücumçunun qiymətində hansısa endirimin edilməyəcəyini bildirib.

Yenisabah.az xəbər verir ki, Manna Osimenin bonservis dəyərinin 75 milyon avro olduğunu diqqətə çatdırıb. O, artıq bir çox klubun sözügedən məbləği ödəməyə hazır olduğunu deyib.

“Qalatasaray”ın 75 milyon ödəmək iqtidarında olmadığını deyən komanda rəsmisi, yanvar ayına qədər oyunçunun İstanbul təmsilçisində qalacağını qeyd edib. Lakin qış transfer pəncərəsində forvardın Avropa klublarının birinə keçəcəyi istisna edilmir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью