Osimhen addım addım “Əl Hilal”a

02.06.2025

Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hazırda icarə əsasında "Qalatasaray"da çıxış edən Viktor Osimhenin gələcəyinə aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, forvard "Əl-Hilal"a transfer olmağa çox yaxındır.

Artıq Səudiyyə Ərəbistanı təmsilçisi futbolçu ilə şifahi razılığa gəlib. Komanda nigeriyalı hücumçu ilə 3 illik müqavilə imzalayacaq.

"Əl-Hilal" bu transferi Klublararası Dünya Çempionatının ilk turu çərçivəsində "Real Madrid"lə qarşılaşacaqları matçdan öncə bitirməyi planlaşdırır.

Qeyd edək ki, Osimhen bu mövsüm "Qalatasaray"ın heyətində iştirak etdiyi 41 rəsmi matçda 37 qol, 8 assistlə yadda qalıb.

“Siti”də ciddi itki Flik mövsümün ən yaxşısı seçilib “Latsio”nun yeni baş məşqçisi müəyyənləşib - RƏSMİ Finalda uduzdu – Millidən imtina etdi Maksimin “Fənər”i tərk etdi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью