Osimhen: “Barselona” dünyanın ən yaxşı komandalarındadır”

10.10.2026

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

“Qalatasaray”ın futbolçusu Viktor Osimhen Çempionlar Liqasında “Barselona”ya qarşı keçirəcəkləri matçla bağlı fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, nigeriyalı hücumçu “HT Spor”a açıqlamasında bunları deyib:

“Barselona” ilə oyun çətin olacaq. Mən və bütün komanda yoldaşlarım bu matça görə çox həyəcanlıyıq. Keyfiyyətli heyətə sahib bir rəqiblə üz-üzə gələcəyik. “Barselona” dünyanın ən yaxşı komandalarındadır”.

Oktyabrın 13-də keçiriləcək “Qalatasaray” – “Barselona” oyununa saat 23:00-da start veriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью