Osimhen bir həftədə 5 qol vurdu

16.11.2024

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Viktor Osimhen performansı ilə diqqət çəkməyə davam edir.

"Cebheinfo.az" xəbər verir ki, dünya ulduzu son 1 həftədə tam 5 qol vurmağı bacarıb.

25 yaşlı hücumçu 1 həftə ərzində 3 rəsmi matçda meydana çıxıb.

 O, 7 noyabrda baş tutan "Qalatasaray" - "Tottenhem" matçında 2 qol vuraraq komandasının 3-2 hesabı ilə qalib gəlməsində əsas rolu oynayıb.

Bu oyundan üç gün sonra isə "Cim-Bom" "Samsunspor"la qarşılaşıb. Həmin matça da damğa vuran nigeriyalı ulduz komandasının 3-2 hesabı ilə qalib gəldiyi oyunda 2 qol vurmağı bacarıb.

Osimhen 14 noyabrda isə Benin - Nigeriya matçında forma geyinib.

O, bu matçda da qol vuraraq ölkəsinə 1 xal qazandırıb. 

Beləliklə, Viktor Osimhen 7-14 noyabr tarixlərində meydana çıxdığı 3 matçda 5 qol vurmağa nail olub.

Elmir Mustafa 
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью