Osimhen bu matçda meydanda olacaq

22.09.2026

Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Zədə səbəbindən "Qalatasaray"da bir müddətdir oynamayan Viktor Osimhenin son durumu və onun hansı oyunda geri dönəcəyi məlum olub.

Fanat.Az xəbər verir ki, informasiyanı "Sabah" yayıb.

Məlumata görə, Super Liqanın 4-cü turunda "Başakşəhər"ə qarşı səfər matçının 33-cü dəqiqəsində zədələnən Osimhenin müalicəsi davam edir.

Ulduz hücumçu bu səbəbdən Super Liqada "Kocaelispor" və "Trabzonspor", həmçinin Çempionlar Liqasında "Sportinq"lə keçirilən oyunları buraxmışdı.

"Sarı-qırmızılar" Osimhenlə bağlı sevindirici xəbər alıblar. Tibbi müayinələr onun sağalma prosesinin müsbət istiqamətdə getdiyini və tezliklə komanda ilə məşqlərə başlayacağını göstərib.

Ulduz hücumçu milli komandaların oyunları ilə bağlı verilən fasilədən sonra Super Liqada "Kasımpaşa"ya qarşı keçiriləcək matçda meydana qayıdacaq. "Qalatasaray"ın "Kasımpaşa"nı öz meydanında qəbul edəcəyi oyunun tarixi 9 oktyabr olaraq müəyyən edilib.

Bu mövsüm "Qalatasaray"ın heyətində dörd matçda 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalan Viktor Osimhen daha əvvəl zədəsi səbəbindən Nigeriya milli komandasının heyətindən çıxarılmışdı.

Əlisahib İbrahimli

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью