Osimhen daha bir qarşılaşmanı buraxacaq

24.11.2025

Icma.az bildirir, Apasport saytına əsaslanaraq.

Super Liqada "Gençlerbirliği" ilə matçda zədə səbəbindən meydana çıxa bilməyən "Qalatasaray"ın futbolçusu Viktor Osimhenin son durumu bəlli olub.

Apasport.az "Sabah" qəzetinə istinadla xəbər verir ki, Osimhen Çempionlar Liqasında "Union SG" ilə matçda iştirak etməyəcək.

Nigeriyalı forvard müalicədən sonra məşqlərini zalda davam etdirir. Lakin "Fənərbaxça" derbisində iştirakı hələ də sual altındadır.

Qeyd edək ki, Super Liqanın XIV turu çərçivəsində "Fənərbaxça" doğma meydanda əzəli rəqibi "Qalatasaray"ı qəbul edəcək.

Portuqaliyalı futbolçu “Mançester Yunayted”dən ayrıla bilər Bundesliqa tarixində yeni rekord "Liverpul" son 60 ilin ən pis nəticəsinə imza atıb Derbi öncəsi "Qalatasaray"da itki "İnter" – "Milan" matçı bu kanallarda
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью