Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ötən mövsümü icarə əsasında "Qalatasaray"da çıxış edən, lakin "Napoli"yə məxsus olan nigeriyalı hücumçu Viktor Osimhen "Əl-Hilal"a transfer olmağa yaxındır.
Oxu.Az "Türkiye Gazetesi"nə istinadən xəbər verir ki, forvard Ər-Riyad klubundan ilinə 35 milyon dollar və bonuslar qazanacaq. İndi klublar arasında son şərtlər razılaşdırılır.
Qeyd edək ki, V.Osimhen "Qalatasaray"ın heyətində 41 oyun keçirib, 37 qol vurub, 8 məhsuldar ötürmə ilə yadda qalıb.