Osimhen Əl Hilala keçə bilər

23.05.2025

Icma.az, Operativ MM saytına istinadən bildirir.

"Qalatasaray"ın və Nigeriya millisinin hücumçusu Viktor Osimhen "Napoli"yə qayıtmayacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu karyerasını davam etdirmək üçün yeni klub axtarır.

Osimhenin "Əl-Hilal"la müqavilə imzalamaq istədiyi bildirilir.

Ər-Riyad klubu artıq nigeriyalı ilə danışıqlar aparır. 

Xatırladaq ki, Osimhenin "Napoli" ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir. Bu mövsüm "Qalatasaray"da icarə əsasında çıxış edən 26 yaşlı forvard bütün turnirlərdə 40 matça çıxıb, 36 qol vurub və 8 məhsuldar ötürmə verib. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью