Osimhen İstanbula saat neçədə eniş edəcək?

30.07.2025

Icma.az, Fanat saytına istinadən bildirir.

Futbol ictimaiyyətinin son günlərdə diqqət mərkəzində olan nigeriyalı hücumçu Viktor Osimhenin İstanbula eniş tarixi artıq dəqiqləşib.

Fanat.Az xəbər verir ki, futbolçu Bakı vaxtı ilə saat 22:30-da İstanbula eniş edəcək.

Bu barədə məlumatı türkiyəli jurnalist Yağız Sabuncuoğlu yayıb.

Artıq tərəflər ilkin razılığa gəlib və futbolçunun tibbi müayinədən keçməsi, eləcə də rəsmi təqdimat mərasiminin təşkil olunması istiqamətində hazırlıqlar davam edir.

Qeyd edək ki, növbəti saatlarda Osimhenin İstanbul Hava Limanında qarşılanması və ilk açıqlamaları futbolsevərlər tərəfindən maraqla gözlənilir.

Kamil Xudiyev

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью