Osimhen Nigeriya millisində də qol vurdu

15.11.2024

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Qalatasaray"ın heyətində qollarını sıralayan Viktor Osimhen Nigeriya yığmasında da qol vurub.

QOL.az xəbər verir ki, Nigeriya millisi ötən gecə Afrika Millətlər Kubokunun seçmə mərhələsində Benin yığması ilə qarşılaşıb.

Matç 1:1 hesabı ilə başa çatıb. Hesabı 16-cı dəqiqədə Benin millisinin üzvü Məhəmməd Tiyani açıb.

81-ci dəqiqədə isə Osimhenin Nigeriyanın bərabərlik qolunu vurub.

Qeyd edək ki, Osimhen 2017-ci ildən Nigeriya millisinin üzvüdür. O, bu yay "Napoli"dən icarə əsasında "Qalatasaray"a keçib. 25 yaşlı forvard cari mövsümdə İstanbul təmsilçisinin heyətində 9 matça çıxıb, 8 qol vurub və 4 qolun ötürməsini verib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью