Osimhen Qalatasaray a aşırma zərbə ilə qələbə qazandırdı YENİLƏNİB | Icma.az
Mia.az portalından alınan məlumata görə, Icma.az xəbər verir. Bu gün Türkiyə super liqasında lider "Qalatasaray" "Samsunspor"la qarşılaşıb.
Mia.az xəbər verir ki, saat 21.00-da başlayan oyunun 8-ci dəqiqəsində Sane hesabı açıb - 1:0 29-cu dəqiqədə isə Osimhen "Qalatasaray"ın daha bir qoluna imza atıb - 2:0.
56-cı dəqiqədə qonaqların oyunçusu Musaba fərqi azaldıb - 2:1.
88-ci dəqiqədə "Samsunspor" hesabı bərabərləşdirib - 2:2 90+2-də Osimhen aşırma zərbə ilə "Qalatasaray"ı yenidən önə çıxarıb - 3:2.
90+6-da qonaq komanda penalti gözləsə də, VAR hakimi "yox" deyib. Oyun bu hesabla başa çatıb.
Bu qələbədən sonra lider "Qalatasaray" xalını 36-ya çatdırıb. "Samsunspor"un isə 25 xalı var.
Zülfiyyə Mustafayeva MİA.AZ Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu