Osimhen Qalatasaray a görə ərəblərin təklifini qəbul etmədi

08.02.2025

Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Qalatasaray"ın "Napoli"dən icarəyə götürdüyü Viktor Osimhen ona gələn sərfəli təklifi rədd edib.

Sportal.az xəbər verir ki, nigeriyalı forvard Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubunun təklifini qəbul etməyib. Bu barədə "Calciomercato" nəşri məlumat yayıb.

Ərəblər 75 milyon avroluq sərbəstqalma məbləği olan Osimhen üçün "Napoli"yə 80 milyon avro təklif edib. Lakin 26 yaşlı futbolçu "Qalatasaray"la Türkiyə  Super Liqasını və Avropa Liqasını qazanmaq istədiyi üçün "Əl-Əhli"yə getməkdən imtina edib.

Qeyd edək ki, "Qalatasaray" Viktor Osimheni mövsümün əvvəlində icarəyə götürüb. Ulduz futbolçu "sarı-qırmızılar"ın heyətində keçirdiyi 22 rəsmi matçda 17 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью