Osimhen Qalatasaray a sərvət qazandıracaq

18.03.2025

Icma.az, Azxeber.com saytına istinadən bildirir.

"Antalyaspor"u 4 qolla məğlub edən "Qalatasaray"ın heyətində Viktor Osimhen het-triklə matça damğasını vurub.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki,  Dünyaca məşhur hücumçunun bu çıxışı sarı-qırmızılılara rekord gəlir gətirəcək. Nigeryalı hücumçunun performansı mövsümün əvvəlində gözlənilən diqqəti görməyən RAMS Parkda VIP oturacaqların satışını da artırıb.

Son bahalaşmalardan sonra RAMS Parkda VIP oturacaqlar mövsüm başına 260-350 min lirə arasında dəyişən qiymətlərlə satışa çıxarılıb. Ancaq gözlənilən satışlar ilk günlərdə baş verməsə də, Osimhenin "Antalyaspor"dakı çıxışının VİP yerlərin satışını artırdığı öyrənilib.

Qırmızı-sarı kluba yaxın mənbələrdən əldə edilən məlumata görə, Osimhenin "Antalyaspor" qarşısında 3 qollu çıxışından sonra oturacaq satışlarında ciddi artım olduğu bildirilib.

Sarı-qırmızılıların təkcə VIP kreslo satışından 700 milyon (32462 AZN) lirə gəlir əldə etməyi hədəflədiyi bildirilib. Bu gəlirin yeni mövsüm mövsüm bilet satışı ilə rekord həddə çatacağı bildirilib.

Gülay

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью