Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.
"Qalatasaray" ötən mövsüm icarə əsasında heyətində çıxış edən Viktor Osimheni transfer etməyə çox yaxındır.
Apasport.az xəbər verir ki, 26 yaşlı hücumçu ilə bütün məsələlərdə razılığa gələn "sarı-qırmızılılar", "Napoli"yə 75 milyon avro məbləğində təklif göndərib.
Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Onun sözlərinə görə, İstanbul təmsilçisi bu məbləği 5 il ərzində hissə-hissə ödəməyə hazırdır. Son qərarın isə A Seriyası klubuna məxsus olduğu bildirilib.
Qeyd edək ki, Nigeriya millisinin üzvü olan Osimhen "Qalatasaray"ın heyətində keçirdiyi 41 rəsmi oyunda 37 qol və 8 assistlə yadda qalıb.
Qarsiyanın "Real"dakı gələcəyi müəyyənləşib Məhşur qapıçının oğlu "Fulhem"də - Rəsmi “Fənərbaxça”dan Trossard bombası Orkun Kökçü vətəninə gəlir: "Sadəcə "Beşiktaş” Ronaldonun muzeyi açılıb