Osimhen Qalatasaray ın qollarının 32 faizini vurub

03.01.2026

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

''Qalatasaray''ın 2025-ci ilə aid bəzi göstəriciləri bəlli olub.

"Football-plus.az" xəbər verir ki, İstanbul nəhəngi bu təqvim ilində bütün turnirləri nəzərə almaqla 115 qol vurub. Bu qolların 37-si, yəni 32 faizi Viktor Osimhenin aktivindədi!
''Sarı-qırmızılar''da ilin ən məhsuldar oyunçuları siyahısında digər pillələrdə Mauro İkardi ilə Barış Alpər Yılmaz qərarlaşıb. Onların hər ikisi 9 qol vurub. Ümumilikdə ''Cim-Bom'' başa vurmaqda olduğumuz ildə 3 turnirdə 54 oyuna çıxıb. Komanda bu matçlardan 37 qələbə, 10 heç-heçə, 7 məğlubiyyətlə ayrılıb.
Qeyd edək ki, 2025-də ardıcıl 3-cü, tarixinin 25-ci çempionluğunu qazanan və ili iki titulla tamamlayan ''Qalatasaray'' hazırda liderdi və bu mövsüm də çempionluğa əsas namizəddi. Çempionlar Liqasında da komandanın ilk ''24-lüy''ə düşmək şansı pis deyil.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью