Osimhen ​“Qalatasaray”da qalmaq üçün tək şərt irəli sürdü | Icma.az
Icma.az xəbər verir, Metbuat saytına əsaslanaraq. “Qalatasaray” Viktor Osimheni klubda saxlamaq üçün hərəkətə keçib.
Metbuat.az xəbər verir ki, Türkiyə nəhəngi futbolçunu birdəfəlik transfer etmək üçün büdcə planlarını həyata keçirib.
“Qalatasaray” məsələ barədə Osimhenlə görüş keçirib və klubun istəyi ona təqdim edilib.
Türkiyə mediasının məlumatına görə, Osimhenin karyerasını "Qalatasaray"da davam etdirməsi üçün şərtinin olduğu iddia edilir.
Bildirilir ki, Osimhen klubda qalmaq üçün "Qalatasaray"ın Çempionlar Liqasında iştirak etmək şərtini irəli sürüb.
Qeyd edək ki, Türkiyə çempionu Çempionlar Liqasında birbaşa iştirak edir.
İkinci yeri tutan klub isə Çempionlar Liqasında iştirak etmək üçün seçmə oyunlarda iştirak edir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu